ABŞ-da etirazçılar polis binasını yandırdılar
10 Avq 2020 17:42
265

ABŞ-da etirazçılar polis binasını yandırdılar

ABŞ-ın Oreqon ştatının Portland şəhərində etirazçılar polis birliyi binasına yürüş edərək onu yandırıblar.

Yenisabah.az xəbər verir ki, “Telegram” kanalında yayımlanan bir videoda polisin izlədiyi nümayişçilər kolonu lentə alınıb.

Yürüş iştirakçıları polis birliyinin binasına girərək güclü yanğın törədiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün əl qumbaraları və tüstü bombalarından istifadə ediblər. Polis üç məmurun camaatı geri çəkmək istəyərkən yaralandığını deyib.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündün sonra polisə qarşı etirazlar səngimir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər