ABŞ-da koronavirusdan ölüm sayında rekord qeydə alınıb
03 Dek 2020 10:46
251

ABŞ-da koronavirusdan ölüm sayında rekord qeydə alınıb

ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəliyin təsirindən ölənlərin sayı son sutkada ən yüksək göstəriciləri keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, son gündə ABŞ-da COVID-19-un yaratdığı fəsadlardan 2 760 nəfər ölüb. Bununla da bu il aprelin 15-də qeydə alınan antirekord (2 752 nəfər) yenilənib.

Beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 13,9 milyondan çox yoluxma qeydə alınıb, 273 316 nəfər virusdan ölüb. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər