ABŞ daha 28 şirkəti “qara siyahı”ya saldı

ABŞ daha 28 şirkəti “qara siyahı”ya saldı
Okt 8, 2019 15:25
Oxunma sayı: 57

ABŞ Ticarət Nazirliyi 28 Çin şirkətini “qara siyahı”ya salıb.

"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, buna səbəb kimi Çin şirkətlərinin ölkədəki Uyğur əhalisinin hüquqlarını pozması göstərilib.

Bildirilib ki, şirkətlər ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkət edir, həmçinin, ölkənin milli təhlükəsizliyinə təhlükə yaradır.

Qeyd edək ki, siyahıda  “Hikvision”, “Megvii Technology” və “SenseTime” şirkətlərinin də adı var. "Qara siyahı"ya salınmış şirkətlər əsasən, üz tanıma və digər süni intellekt texnologiyalarının təkmilləşdirilməsi ilə məşğuldurlar. Bundan sonra həmin firmalar ABŞ-dan texnoloji cihaz ala bilməyəcəklər.

Sabrina

Yenisabah.az