ABŞ-də mindən çox aviareys ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də mindən çox aviareys ləğv olundu

Dünya

23 Fevral 2023 00:44 610


ABŞ-də güclü qar yağıb. Bu səbəbdən mindən çox reys ləğv olunub.

Ləğv edilən uçuşların təxminən yarısı Minnesota, Ayova, Şimali Dakota, Cənubi Dakota və Viskonsin ştatlarının ən böyük ticarət hava limanı olan Minneapolis/Sent Pol Beynəlxalq Hava Limanına aiddir.

Ləğv olunan uçuşların daha 11%-i Denver hava limanının (Kolorado) payına düşüb. pizza

Bildirilir ki, Minneapolisə 13 sm qar yağıb, gün ərzində qar örtüyünün daha 30 sm artacağı gözlənilir. Bundan əlavə, güclü küləyin əsəcəyi proqnozlaşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!