ABŞ hərbi bazasına PUA hücumu - 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hərbi bazasına PUA hücumu - 2 nəfər öldü

Dünya

21 Yanvar 2023 09:24 1207


ABŞ-ın Suriyadakı Əl-Tanf hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Komandanlığı məlumat yayıb.

Komandanlığın press-relizindən məlum olduğu kimi, baza 3 pilotsuz PUA ilə hücuma məruz qalıb, onlardan ikisi vurulub, biri zərbə endirib. Toyuqlu pizza

Hücum nəticəsində amerikalı əsgərlərdən heç biri xəsarət almayıb, ABŞ-ın Suriyadakı tərəfdaşları olan "Suriya Azad Ordusu"ndan 2 suriyalı döyüşçü həlak olub.

CENTCOM-un sözçüsü Co Buççino bu cür hücumu “qəbuledilməz” adlandırıb: “Onlar bizim əsgərlərimizi və tərəfdaşlarımızı riskə ataraq, İŞİD-lə mübarizəni təhlükə altına qoyurlar”.

Əl-Tanf bazası Suriyada İraq və İordaniya sərhədləri yaxınlığında yerləşir. ABŞ hərbçiləri bunun İŞİD-ə qarşı antiterror əməliyyatları aparmaq və suriyalı müxalif döyüşçülərə təlim keçmək üçün istifadə edildiyini bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!