ABŞ-ın neft şirkətinə raket hücumu
06 Apr 2020 14:14
195

ABŞ-ın neft şirkətinə raket hücumu

ABŞ-a məxsus Halliburton neft şirkətinin İraqdakı yataqları raket atəşinə tutulub. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Baghdadtoday” portalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. "Bəsrə əyalətinin qərbində yerləşən Zubeyr kəndinə 5 raket zərbəsi endirlib. Raketlərdən biri ən çox neft hasil olunan 20 saylı quyunun yaxınlığına düşüb”, - deyə məlumatda bildirilir.  

Mənbənin sözlərinə görə, təhlükəsizlik orqanları atəş açılan qurğunun yerini aşkarlayıblar. Hazırda araşdırmalar davam edir.  Xəsarət və dağıntı yoxdur.

 

Oxşar xəbərlər