ABŞ İrana qarşı sanksiyaları gücləndirəcək
21 Yan 2021 17:53
413

ABŞ İrana qarşı sanksiyaları gücləndirəcək

“ABŞ İranın nüvə proqramına aid olan məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir”.

Yenisabah.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Cozef Baydenin İrana münasibətinə dair suala cavabında bildirib.

O, prezidentin və dövlət katibinin vəzifəsinin icrasına başlamazdan əvvəl etdikləri çıxışlara istinad edərək deyib: “Prezident diplomatiyaya inandığını aydın şəkildə bəyan etdi. ABŞ İranın nüvə proqramı və narahatlıq yaradan başqa sahələrə məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir. İran bütün öhdəlikləri yerinə yetirəndən sonra dialoq mümkün olacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər