ABŞ İsrailə hərbi yardım göndərməyə başladı 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İsrailə hərbi yardım göndərməyə başladı 

Dünya

10 Oktyabr 2023 08:14 426


ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. 

“Biz İsrailə bütün lazımi təhlükəsizlik sistemlərini göndərəcəyik. Təhlükəsizlik sistemlərinin ilk partiyası artıq İsrailə göndərilib”, deyə Kirbi bildirib.  pizza mizza

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. 

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!