ABŞ koronavirus əleyhinə peyvənd hazırlayıb  - Tramp açıqladı
06 İyn 2020 09:41
138

ABŞ koronavirus əleyhinə peyvənd hazırlayıb - Tramp açıqladı

ABŞ - da koronavirusa qarşı peyvənd hazırlanıb və uğurla sınaqdan keçdiyi halda 2 milyon dozası bazara çıxacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ötən gün keçirdiyi brifinqdə bildirib.

“Peyvəndlərlə bağlı çox irəliləyiş var. Əslində nəqliyyat və logistika ilə bağlı hərəkət etməyə hazırıq. Bizim 2 milyondan çox peyvənd dozamız  təhlükəsizlik sınağından keçsə yola salınmağa hazırdır”- deyə nəşr Trampdan sitat gətirib.

Bununla bərabər, peyvəndlərin istehsalında iştirak edən Ağ Evin səhiyyə məsələləri üzrə müşaviri doktor Entoni Fauçi, prezidentin dediklərini şərh etməkdən boyun qaçıraraq bildirib: 

"Mən eşitməmişəm ki, o bu barədə danışıb”.

Daha əvvəl bildirilirdi ki, koronavirus peyvəndinin yüzdən çox prototipi sınaqdan keçirilir. ABŞ prezidenti, keçən ay ABŞ hökumətinin qısa müddətdə təsirli və təhlükəsiz bir peyvənd əldə etməsi üçün bu araşdırmaların maliyyələşdirilməsinə kömək edəcəyini söyləmişdi.

Oxşar xəbərlər