ABŞ Polşaya 700-ə yaxın döyüş maşını verdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Polşaya 700-ə yaxın döyüş maşını verdi

Dünya

05 Dekabr 2022 16:14 761


ABŞ Polşaya 700-ə yaxın döyüş maşını, o cümlədən Abrams tankları təhvil verib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Wyborcza" qəzeti məlumat yayıb. 

"Qdinya limanında ABŞ ordusunun 1-ci piyada diviziyası üçün hərbi texnika boşaldılır. Maşınlar arasında "M1 Abrams" tankları da var. "İntegrity" gəmisinin göyərtəsində 700-ə yaxın müxtəlif tipli texnika, o cümlədən M1A2 Abrams tankları gəlib", - məlumatda deyilir. Sezar pizza

Bildirilib ki, bu qədər amerikan hərbi texnikasının Polşaya gəlişi "Atlantic Resolve" proqramının icrası çərçivəsində baş verir. O, 2014-cü ildə başlayıb və Amerikanın Avropadakı mövcudluğunu gücləndirməyə yönəlib. Əməliyyat çərçivəsində ABŞ ordusunun bəzi hissələri Avropaya NATO-nun şərq cinahında yerləşən ölkələrində yerləşdirilən ayrıca bölmələr göndərir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!