ABŞ-ın Rusiyadakı yeni səfiri Lin Treysi Moskva ilə Vaşinqton arasında dialoqun davam etdirilməsinə xüsusi diqqət yetirir.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə diplomatic missiya məlumat yayıb.
Yanvarın 30-da Rusiya Xarici İşlər Nazirliyində səfirin xarici işlər nazirinin müavini Sergey Ryabkovla ilk görüşü olub. Pepperoni pizza
“Səfir Treysi misli görünməmiş gərginlik dövründə paytaxtlarımız arasında dialoqun davam etdirilməsinə, Rusiya Federasiyasında saxlanılan ABŞ vətəndaşlarının maraqlarının qorunmasına və Amerika və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirir”, - səfirlik sosial media vasitəsilə bildirib.
ABŞ Konqresinin Senatı dekabrda Treysinin Moskvaya səfir təyin edilməsini təsdiqləyib. O, bu diplomatik missiyaya rəhbərlik edən ilk qadın diplomat oldu. Treysi Rusiyaya yanvarın 26-da gəlib. Onun sələfi Con Sallivan 2022-ci ilin sentyabrında Moskvanı tərk edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 27-də bildirib ki, Moskva Treysinin gəlişi ilə ABŞ-la münasibətlərin yaxşılaşdırılmasına ümid etmir.
Telegram kanalımız