ABŞ səfirliyi Ermənistandakı siyasi düşərgələrə çağırış etdi
25 Fev 2021 20:14
247

ABŞ səfirliyi Ermənistandakı siyasi düşərgələrə çağırış etdi

ABŞ-ın Ermənistandakı səfirliyi ölkədəki siyasi düşərgələri mübahisələri sülhlə və dinc yolla həll etməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirlik bəyanat yayıb.

Bildirilir ki, diplomatik nümayəndəlik Ermənistandakı daxili siyasi hadisələri və tərəflərin çıxışlarını yaxından izləyir və bütün tərəfləri sakitlik nümayiş etdirməyə, sərt hərəkətlərdən çəkinməyə çağırır.

Bəyanatda deyilir ki, gərginlik sülh yolu ilə və zor tətbiq etmədən aradan qaldırılmalıdır.

Səfirlik ölkə xalqının siyasi fikir ayrılıqlarını dialoq yolu ilə müzakirə etməyə hazır olduqlarını da qeyd edib.  /Qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər