Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşərək regional məsələləri və ABŞ-ın Ermənistana dəstəyini və həll edilməmiş məsələlərin konstruktiv həllində Azərbaycanın birbaşa fəaliyyətini müzakirə edib.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
"Səfir Riker ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq olduğunu vurğulayıb", - deyə səfirliyin məlumatında qeyd olunur.
Telegram kanalımız