ABŞ: “Ukraynada atəşkəs qəbuledilməzdir” 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ: “Ukraynada atəşkəs qəbuledilməzdir” 

Dünya

20 Mart 2023 08:29 713


Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir. 

“Report” xəbər verir ki, o, bu barədə “Fox News”a danışıb. 

“Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni adamlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”- deyə, o bildirib.  pizza

O əlavə edib ki, ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü vaxtında baş tutacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!