ABŞ və İsrail rəsmiləri arasında mühüm müzakirə

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və İsrail rəsmiləri arasında mühüm müzakirə

Dünya

02 İyun 2023 20:21 817


ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailin milli təhlükəsizlik müşaviri Tsaçi Xaneqbi və dövlət katibi Ron Dermer ilə Ukraynaya dəstəyi, eləcə də İranın pilotsuz uçuş aparatlarının zərbələrini müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Sallivan Rusiya və İran arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı ümumi narahatlıqları, eləcə də öz ərazisini və vətəndaşlarını müdafiə edən Ukraynaya, o cümlədən İranın pilotsuz təyyarələrinə qarşı dəstəyin vacibliyini müzakirə edib”, – mətbuat xidməti bildirib. pizza mizza

Siyasətçilər, həmçinin, “qarşılıqlı maraq doğuran qlobal və regional mövzuların geniş spektrini” müzakirə ediblər. Digər məsələlərlə yanaşı, ikitərəfli strateji əməkdaşlığın gücləndirilməsi və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına dair məsələlər də müzakirə mövzusu olub.

Bildirilir ki, görüş zamanı İsrailin Yaxın Şərqə iqtisadi inteqrasiyası və fələstinlilərin həyatını yaxşılaşdırmaq üçün əlavə vəsaitlərin daxil edilməsi məsələləri ayrıca müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!