Abşeronda 3 şəhidin il mərasimi keçirildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 3 şəhidin il mərasimi keçirildi - Fotolar

Sosial

28 Sentyabr 2021 16:31 847


Bu gün Abşeron şəhidlərinin  - Ağakişiyev Nurlan Etibar oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu və Sadıxov Rahid Vahid oğlunun il mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçılar əvvəlcə II Fəxri xiyabana gələrək şəhid Cəbrayıl Dövlətzadənin və Nurlan Ağakişiyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək, dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra iştirakçılar şəhid Rahid Sadıxovun və Nurlan Ağakişiyevin yaşadığı ünvana gələrək şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər. pizza mizza

RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!