Abşeronda 5 şəhidin il mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 5 şəhidin il mərasimi keçirildi - Fotolar

Sosial

02 Oktyabr 2021 21:29 822


Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 5 igid şəhidimizin il mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, bununala bağlı Abşeron rayonun Xırdalan şəhərində, Hökməli və Fatmayı kəndlərində çadırlar qurulub. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Şəhid mayor Həsənov Elşad Paşa oğlunun, şəhid əsgər Ataşov Asif Kərim oğlunun, şəhid gizir Budaqov Rufiz Şirzad oğlunun, şəhid çavuş Məcdunov Xalid Zahir oğlunun, şəhid əsgər Vəliyev Oruc Ramiz oğlunun  yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb.  pizza hut

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. 

RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 

RİH başçısı şəhid çavuş Məcdunov Xalid Zahir oğlunun abidə kompleksinin açılışında da iştirak edib. Açılışda məktəblilər vətənpərvərli və şəhidimiz haqqında olan şeirlər səsləndiriblər. 

Allah bütün şəhidlərimizi rəhmət eləsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!