Abşeronda Anım Günü qeyd edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda Anım Günü qeyd edildi - Fotolar

Sosial

27 Sentyabr 2021 15:56 482


Abşeron rayonunda 27 sentyabr - Anım Günü qeyd edilib.

Yenisabah.az xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçəılar əvvəlcə rayon ərazisində geniş ağacəkmə aksiyası keçiriblər. 520 ədəd şam və zeytun ağacları əkilib. Bundan sonra iştirakçılar Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına  gələrək şəhidlərimizin əziz xatirəsi anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb. 

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış “Şəhidlərin xatirəsinə” Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Toyuqlu pizza

Tədbir Abşeron rayon Mədəniyyət Mərkəzinin hazırladığı bəii hissə ilə davam etdirilib. İncəsənət nümayəndələrinin hazırladığı müxtəlif nömrələr, vətənpərvərlik şeirləri və mahnıları oxunub.

Bildirilib  ki, 44 gün çəkən II Qarabağ müharibəsi zamanı şəhidlərimizin qisası tam şəkildə alınıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi, şəhidlərimiz, qazilərimiz və igid oğullarımızın sayəsində 30 illik vətən həsrətinə son qoyulub və torpaqlarımız işğaldan azad olunub. 

Sonda İ.Gülməmmədova şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!