Abşeronda piyada ölümü ilə nəticələnən yol qəzası oldu
13 Avq 2020 22:47
320

Abşeronda piyada ölümü ilə nəticələnən yol qəzası oldu

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisabah.az xəbər verir ki, şəxsiyyəti məlum olmayan qadını avtomobil vurub. 

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb. 

Ölən qadının şəxsiyyəti və hadisənin törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər