Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexləri aşkarlandı, 56 nəfər cərimələndi - Fotolar
04 İyl 2020 14:43
243

Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexləri aşkarlandı, 56 nəfər cərimələndi - Fotolar

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən beş dərzi sexi aşkar olunub.  

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, polislər tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarını pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub. 

Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər. 

Qeyd edək ki, sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə, onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər