Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) publik hüquqi şəxsi İT avadanlıqlarının satın alınması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalma ilə əlaqədar tərəflər arasında ümumi maliyyə dəyəri 3 354 291,6 manat təşkil edən müqavilə imzalanıb. Satınalmanın qalibi “Ultra Technologies” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilə çərçivəsində ali təhsil müəssisəsinin İT infrastrukturu üçün nəzərdə tutulan avadanlıqlar təmin ediləcək.
Qeyd edək ki, sözügedən şirkət 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 000 manat təşkil edir. “Ultra Technologies” MMC 2021-ci ili 2 milyon 401 min manat xalis mənfəətlə başa vurub. Əvvəlki ildə şirkətin mənfəəti 4 milyon 191 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 1,7 dəfə azalması deməkdir. Sezar pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız