Afrikada virusa yoluxanların sayı 1 milyona yaxınlaşır
01 Avq 2020 13:44
412

Afrikada virusa yoluxanların sayı 1 milyona yaxınlaşır

Afrika qitəsində son sutka ərzində 19 min 156 nəfərə COVID-19 diaqnozu qoyulub.

Yenisabah.az xəbər verir ki, qitədə bugünədək 931 min 777 nəfər nəfər virusa yoluxub. 

Virus səbəbilə ölənlərin sayı isə 364 nəfər artaraq 19 min 726 nəfər olub.

Bildirək ki, qitədə ən yüksək itki Cənubi Afrika, Misir və Əlcəzairdə yaşanıb.

Qeyd edək ki, virus daşıyıcılarından 583 min 665 nəfər müalicə alaraq sağalıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər