ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Ermənistan və Azərbaycanı gərginliyi azaldacaq addımları nəzərdən keçirməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sallivan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevlə ayrı-ayrılıqda telefon danışığı aparıb. pizza mizza
Bu söhbətlər zamanı tərəflər sentyabrın 27-də Vaşinqtonda keçirilən birgə görüşdən sonra Aİ və ABŞ-ın kömək etdiyi sülh danışıqlarında əldə olunan irəliləyişi qiymətləndiriblər.
“Bütün tərəflər sülh sazişinin bağlanması üçün danışıqlara sadiq olduqlarını bir daha təsdiq etdilər. Sallivan hər iki tərəfi gərginliyi azaldacaq və gələcəkdə mehriban qonşuluq münasibətlərinin təməli olacaq addımları nəzərdən keçirməyə çağırıb. Sallivan Laçın dəhlizinə çətin çıxış və bu vəziyyətin artan humanitar nəticələri ilə bağlı narahatlığımızın davam etdiyini qeyd edib və dəhliz boyunca sərbəst hərəkətin tam bərpasına çağırıb”, - deyə məlumatda vurğulanır.
Telegram kanalımız