Ağ Ev Rusiya tərəfindən saxlanılan “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Gerşkoviçə qarşı casusluq ittihamlarını rədd edib.
Yenisabah.az xəbər verir ki, administrasiya bu ittihamları etibarlı hesab etmək üçün heç bir əsasın olmadığını bildirib.
“Casusluq ittihamları gülüncdür. Rusiya hökumətinin Amerika vətəndaşlarını təqib etməsi qəbuledilməzdir”, - deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer vurğulayıb. pizza sifarişi
Ağ Ev rəsmisi bildirib ki, Dövlət Departamenti Gerşkoviçin saxlanılması ilə bağlı Rusiya hökuməti ilə birbaşa əlaqə saxlayır.
Karin Jan-Pyer deyib: “Rusiyada yaşayan və ya səyahət edən ABŞ vətəndaşları dərhal bu ölkəni tərk etməlidirlər”.
Telegram kanalımız