“Ağ Evin aparat rəhbəri Ron Kleyn yaxın həftələrdə vəzifəsini tərk edəcək. Onun yerinə Cefri Zayntsin gətiriləcəyi gözlənilir”.
Yenisabah.az “Associated Press”ə istinadla xəbər verir ki, bu barədə administrasiyadakı mənbələr məlumat yayıb. Onlar anonimlik şərti ilə danışıblar, çünki rəsmi açıqlamaya qədər ABŞ prezidentinin planlarını açıq şəkildə müzakirə etmək səlahiyyəti yoxdur.
Xatırladaq ki, 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayına qədər Cefri Zaynts prezidentin müşaviri və koronavirusla mübarizənin koordinatoru olub. Kleyn isə 20 yanvar 2021-ci ildən Ağ Evin aparat rəhbəridir. Dominos pizza
Telegram kanalımız