Ağac kəsən şəxs cəzalandırıldı
14 Yan 2020 16:27
143

Ağac kəsən şəxs cəzalandırıldı

1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, araşdırma zamanı ağacların Cəlilabad rayonu Günəşli kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib.

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad rayon Prokurorluğuna göndərilib.

 

Oxşar xəbərlər