Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir  - Özəllikləri + Video
28 Noy 2020 16:24
4846

Ağdam minaların qənimi “Bozena-5”lə təmizlənir - Özəllikləri + Video

İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənmə prosesi davam edir. Ötən gün də Ağdam şəhərinə gedən yolunun ətrafında minatəmizləmə əməliyyatı keçirilib. Artıq 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdamda ərazilərin minalardan təmizlənmə prosesində “Bozena-5” markalı mexaniki minatəmizləyən maşınından da istifadə edir.

20 noyabr 2020-ci il - Ağdam 

Sözügedən texnika ictimaiyyətdə maraqla qarşılandığından onun özəlliklərini təqdim edirik:

“Bozena-5” Slovakiyanın “Slovak Way Industries” şirkəti tərəfindən istehsal edilib. Azərbaycan bu texnikaları 2008-ci ildə əldə edib. Həmin il ilk olaraq 5 ədəd “Bozena-5” alınıb.

Bu texnikadan piyada və tank əleyhinə minalardan ərazilərin təmizlənməsində istifadə edilir. “Bozena-5” 5 km uzaqlıqdan idarəedici bir maşındır. Həmin məsafədən idarə edilmə müddəti 11 saatdır.

Ümumi çəkisi 12 ton olan “Bozena-5”in qiyməti 1,5 milyon dollar civarındadır. Minalı ərazilərdə 2,6 enində koridor aça bilən texnikanın ön hissəsində dəqiqədə 400-500 dövrə vuran 52 zənciri var.  Zəncirlərin arxas hissəsində olan lövhə isə zirehlidir. “Bozena-5”in maksimum sürəti saatda 9 km-dir.  Texnikanın minalardan təmizlənmə dərinliyi 300-350 mm-ə qədərdir. 

Qeyd edək ki, ANAMA-nın ixtiyarında “Bozena-4” minatəmizləmən maşınlardan da var.

/Qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər