Agentlik bu yataqları hərraca çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Agentlik bu yataqları hərraca çıxardı

Sosial

04 Aprel 2022 10:29 406


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən mayın 4-də növbəti hərrac keçiriləcək

Qaradağda yerləşən “Kotal” (7 ha), “Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha), Qəbələdə yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 27 aprel 2022-ci il saat 16:00-a qədər Agentliyə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31) təqdim edə bilərlər. Pepperoni pizza

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!