Agentliyin nümayəndə heyəti Kahramanmaraşda - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Agentliyin nümayəndə heyəti Kahramanmaraşda - FOTOLAR 

Maraqlı

15 May 2023 12:55 596


Agentliyin nümayəndə heyəti qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində 2023-cü il fevralın 6-da Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində evlərini itirən və cadır şəhərciyində yaşayan ailələri ziyarət edib.

Yenisabah.az xəbər verir ki, Kahramanmaraş şəhərində “Südcü İmam Universiteti”nin daxilində hazırlanmış cadır şəhərciyinə gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru cənab Alptekin Yasımla görüşüb və cadır şəhərciyi, orada yaşayan insanlar haqqında məlumat alıb.

Daha sonra nümayəndə heyəti 1000-ə yaxın 5-15 yaşlı uşaq üçün gətirilən geyim və digər zəruri vasitələri zəlzələdən əziyyət çəkən uşaqlara paylayıb.

Nümayəndə heyəti Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Kahramanmaraş şəhərində tikilən “Heydər Əliyev adına məktəb”in inşaatı ilə tanış olublar və daha sonra Kahramanmaraş şəhərində Xocalı faciəsinə həsr olunan parkı ziyarət ediblər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!