Aİ nazirləri Azərbaycanla sərhədə dair qərar qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ nazirləri Azərbaycanla sərhədə dair qərar qəbul edəcək

Dünya

23 Yanvar 2023 09:31 584


Bu gün Brüsseldə keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının əsas mövzuları Ukraynadakı hadisələr, Ermənistan, Əfqanıstan, Venesuela, İran, Monteneqro və s. olacaq.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, avropalı nazirlər Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyəcəklər. Həmçinin, Aİ-nin Ukraynaya növbəti hərbi yardım paketinin razılaşdırılacaq. Söhbət 500 milyon avroluq paketin təsdiqindən gedir.

Bundan əlavə, Aİ-nin təlim missiyası çərçivəsində Ukrayna hərbçilərinin təlimi üçün əlavə 45 milyon avro nəzərdə tutulacaq. Sezar pizza

Ermənistanla-Azərbaycan arasındakı münasibətlərə gəlincə, mənbənin sözlərinə görə, Aİ diplomatları vəziyyəti həll etmək üçün hər iki ölkə ilə yorulmadan çalışırlar: “Biz Laçın dəhlizindəki vəziyyəti narahatlıqla izləyirik və ümid edirik ki, Bazar ertəsi Avropa İttifaqının Ermənistanda missiyasını yerləşdirmək barədə qərar qəbul edəcəklər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!