Aİ-nin növbəti üzvü kim olacaq? -  Türkiyə, Ukrayna...

saytların hazırlanması

Evə çatdırılma

Aİ-nin növbəti üzvü kim olacaq? - Türkiyə, Ukrayna...

Dünya

23 Aprel 2026 14:09 105


Yunanıstanın 2027-ci ilin ikinci yarısında sədrliyi dövründə ən azı bir ölkə Avropa İttifaqına üzv ola bilər.

"Yeni Sabah" Politico-ya istinadla xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis bildirib.

O, hansı ölkəni nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Moldova, Monteneqro, Serbiya, Şimali Makedoniya, Türkiyə və Ukrayna namizəd ölkələr və ya potensial namizədlərdir.

2024-cü ilin sonunda Avropa Komissiyası Aİ-nin genişlənməsi perspektivləri ilə bağlı hesabat dərc edərək, Türkiyə, Gürcüstan və Serbiyanın AB xarici siyasəti ilə uyğunluq səviyyəsində Moldova və Ukraynadan geri qaldığını qeyd edib.

Keçmiş Avropa İttifaqı diplomatı Josep Borrell əvvəllər vurğulayıb ki, Ukraynada münaqişə başlayandan bəri Rusiya AB tərəfindən əsas "mövcudluq təhdidi" kimi qəbul edilir və ittifaqa qoşulmaq namizəd ölkələr üçün "strateji seçim"ə çevrilib. Onun sözlərinə görə, AB-nin ümumi xarici və təhlükəsizlik siyasəti ilə uyğunluq üzvlük üçün əsas meyarlardan biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!