Nigeriya Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqində keçirdiyi əməliyyat nəticəsində 37 terrorçu öldürülüb.
“Yeni Sabah" xəbər verir ki, bunu “Hadin Kay” hərbi əməliyyatının sözçüsü Məhəmməd Qoni bildirib.
Onun sözlərinə görə, Borno ştatında həyata keçirilən hava zərbələri nəticəsində silahlıların müvəqqəti yerləşmə məntəqələri və əldəqayırma partlayıcı qurğuların saxlanıldığı anbarlar da məhv edilib. Bakıda online alış-veriş
Əməliyyatın əvvəlcədən toplanmış kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi qeyd olunub.
Öldürülən silahlıların hansı terror təşkilatına mənsub olduğu rəsmən açıqlanmayıb. Onların “Boko Haram” qruplaşmasının üzvləri ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, “Boko Haram” Nigeriyanın şimal-şərqində fəaliyyət göstərən əsas terror qruplaşmalarından biridir./APA
Telegram kanalımız