Ailənin qorunub saxlanılması: Cinsi münasibət mütləqdirmi?

saytların hazırlanması

Evə çatdırılma

Ailənin qorunub saxlanılması: Cinsi münasibət mütləqdirmi?

Sosial

06 Aprel 2022 17:06 729


Ailənin qorunub saxlanılması üçün kişi və qadın arasında mütəmadi cinsi münasibət olmaldır - deyə bir stereotip düşüncə mövcuddur.

“Yeni Sabah” xəbər verir ki, psixoloqların son illər apardığı araşdırmaların nəticələri bu düşüncənin doğru olmadığını göstərir. Mütəmadi cinsi münasibətləri olan və olmayan çox sayda sabit cütlüklərin test sorğuları göstərir ki, kişi və qadını bir arada saxlayan həlledici faktor mütəmadi cinsi münasibətlər deyil. Lakin testlər onu da göstərdi ki, mütəmasi seks əks cinslərin bir-birinə qarşı reflektiv səviyyədə daha həssas və anlayışlı olmasına zəmin yaradır.

Ailələrin dağılması faktlarının araşdırılması da mütəmadi seksin yoxluğunun həlledici faktor olmadığını göstərir. Dağılan ailələr arasında mütəmadi sekslə məşğul olanlar heç də az deyil. pizza hut

Belə nəticəyə gəlmək olar ki, kişi və qadını bir-birinə bağlayan, seksdən daha güclü insani hislər var. Uşaqların olub-olmaması da həlledici faktor deyil. Təbii ki, bu hislər normal cinsi münasibətlərlə tamamlananda insanlar ailə birliyinə görə daha məsud olurlar.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!