Türkiyədə zəlzələdə zərərçəkənlərə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirliyə Rusiyada yaşayan Bəxtiyar adlı azərbaycanlı iş adamının avtomobil hədiyyə edəcəyi açıqlanmışdı.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) "Ümid ilə gəl" proqramında Sərvərə maşının açarını bu gün təqdim ediləcəyini demişdi. Lakin S.Bəşirlinin valideynləri ilə görüşdükdən sonra ona avtomobil vermək fikrindən daşınıblar.
Ailə gəncin evinin olmadığını, maşın üçün ayrılan pulun evinin tikintisinə sərf edilməsini istəyib. Tolik Sərvərə 10 min manat verərək, ev hazır olduqdan sonra əşyalarla da yardım ediləcəyini söyləyib. Marqarita pizza
Telegram kanalımız