Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək

Sosial

21 May 2026 10:49 97


Dövlət İmtahan Mərkəzi (DİM) mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

II ixtisas qrupu üzrə imtahanda 28 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 340 nəfər olmaqla, ümumilikdə 56 847 abituriyentin iştirakı nəzərdə tutulur. pizza sifarişi

İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!