Almaniyanın Nazirlər Kabineti Ukraynaya "Leopard 2" tanklarının tədarükü ilə bağlı yekun qərarını açıqlayıb.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, qərara əsasən, Almaniya mübahisə mövzusu olan tankları Ukraynaya göndərəcək.
Bildirilib ki, 14 ədəd "Leopard 2" tankı Kiyevə təhvil veriləcək. pizza hut
Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun son görüşündə Berlinin buna qarşı çıxması böyük tənqidlərə səbəb olmuşdu.
Rusiyanın qərara münasibəti böyük maraq doğurur. Moskva ötən gün sözügedən tankların Ukraynaya göndəriləcəyi təqdirdə onların məhv ediləcəyini bəyan edib.
Telegram kanalımız