“Alov qüllələri” yaxınlığındakı yanğınla bağlı  video köhnə imiş - FHN-dən açıqlama
23 May 2020 13:06
107

“Alov qüllələri” yaxınlığındakı yanğınla bağlı video köhnə imiş - FHN-dən açıqlama

"Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mətbuat xidmətindən bildirilib.

Nazirlik qeyd olunan məsələ ilə bağlı bildirir ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

"Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə Mətbuat xidməti qeyd edib.

Oxşar xəbərlər