AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı:   “Üzv kimi qala bilməz”

saytların hazırlanması

Evə çatdırılma

AMEA Ramiz Mehdiyevlə bağlı məlumat yaydı: “Üzv kimi qala bilməz”

Siyasət

13 Fevral 2026 16:48 1320


“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz”.

Bu barədə “Yeni Sabah”a AMEA-nın Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcək: Pepperoni pizza

“Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir”, - qurumdan qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nilufər
    Hələ indiyədək qalırdı kiiiiii??????
    3 months ago