Putin Şoyqunu vəzifədən kənarlaşdırır?

saytların hazırlanması

Evə çatdırılma

Putin Şoyqunu vəzifədən kənarlaşdırır?

Siyasət

15 May 2026 13:42 113


“Qırğızıstan paytaxtı Bişkəkdə mayın 14-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin (Rusiya, Çin, Hindistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və İran) təhlükəsizlik şuralarının rəhbərlərinin görüşü keçirilib. Bu görüş 25 il bundan əvvəl təsis olunan Şanxay Əməkdaşlıq Təşkilatının avqustun 31-də Qırızıstanda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyıb".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O əlavə edib: "Toplantıda çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin mövqeyini əks etdirən fikirlər söyləyib. Maraqlıdır ki, ölkəsində Şoyqunun ətrafında halqa getdikcə daralır. O müdafiə naziri olduğu dönəmdə müavinlərinin əksəriyyəti korrupsiya ittihamı ilə həbs edilib. Korrupsiya əməllərində Şoyqunun da adı hallanır. Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin köhnə dostuyla bağlı qərar verməyə hələ tələsmir və Şoyqu ölkəsini müxtəlif təbdirlərdə təmsil etməyə davam edir”. Dominos pizza

E.Şahinoğlu qeyd edib ki, Şoyqu ABŞ və İsrailin İrana qarşı müharibəsi əleyhinə də Şanxay Əməkdaşlıq Təşkilatının Tehranla həmrəylik nümayiş etdirdiyini bildirib:

“Birincisi, Şoyqu Bişkəkdəki çıxışında ABŞ-nin siyasətini sərt tənqid edərək, bu ölkənin beynəlxalq aləmin nizamını pozduğunu vurğulayıb. Halbuki, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən ölkə Rusiyadır. Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatını müxtəlif böhranlara qarşı mübarizədə üzv ölkələrin həmrəyliyini gücləndirməyə çağırıb.

İkincisi, Şoyqu Rusiyanın Ukraynada hədəfinə çatana qədər müharibəni davam etdirəcəyini bildirib. Bu zaman o Qərb ölkələrini “ikili standartlar” tətbiq etməkdə ittiham edib. Şoyqunun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə strateji təşəbbüsə malikdir. Cəbhə bölgəsində isə real vəziyyət fərqlidir, Rusiya işğal ərazisini genişləndirə bilmir, itkilərinin sayı artıb. Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına minnətdarlığını bildirərək, üzv ölkələrin BMT Baş Assambleyasında səsvermələr zamanı Rusiya əleyhinə sənədə dəstək vermədiklərini xatırladıb. Şoyqu ABŞ və İsrailin İrana qarşı müharibəsi əleyhinə də Şanxay Əməkdaşlıq Təşkilatının həmrəylik nümayiş etdiyini söyləyib. Halbuki, təşkilat üzvlərindən Hindistan İsrail əleyhinə qətnamənin qəbulunun qarşısını alıb. Hindistanın İranla əməkdaşlığına baxmayaraq, Yeni Dehlinin İsraillə də sıx tərəfdaşlığı mövcuddur, misal üçün iki ölkə birgə hərbi texnika istehsal edir. Hindistanın baş naziri Narendra Modi bu ilin fevral ayının son günlərində İsrailə səfər edib, bu ölkənin baş naziri Benyamin Netanyahu ilə əməkdaşlığın genişləndirilməsiylə bağlı danışıqlar aparıb. Buna görə də, Bişkəkdəki toplantıda çıxış edən İran təmsilçisi Əli Baqeri Kani təşkilata deyil, ölkəsinin xüsusi olaraq Rusiyaya minnətdar olduğunu söyləyib: “Rusiya BMT-də İran əleyhinə bütün qətnamələrin qəbulunun qarşısını alıb”.

Politoloq əlavə edib ki, Şoyqunun “Taliban”la bağlı mövqeyi Pakistan tərəfindən birmənalı qarşılanmır:

“Üçüncüsü, Sergey Şoyqu Əfqanıstandakı vəziyyətdən də danışıb. Onun sözlərinə görə, Taliban rejimi Əfqanıstanda İŞİD və digər terrorçu təşkilatlara qarşı mübarizə aparır. Şoyqu Taliban rejiminin narkotik maddələrin yetişdirilməsinə və ticarətinə qarşı da mübarizə apardığını bildirib. Şoyqu bu açıqlamalarla Kremlin Taliban rejiminin fəaliyyətinə müsbət yanaşdığına işarə edib. Bu yanaşma Talibanla əks-mövqedə olan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan Pakistanın xoşuna gəlməyəcək.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin görüşü ABŞ Prezidenti Donald Trampın Çinə səfər gününə təsadüf edib. Təşkilat üzvlərindən İran və Rusiya ABŞ-la Çin arasında dialoqun genişlənməsindən narahatdırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında fərqli maraqlar olduğuna görə, Rusiya və İran bu təşkilatı anti-Amerika və anti-NATO blokuna çevirə bilməyəcəklər. Pekində isə Donald Trampla Çin lideri Si Cinpin arasında şifahi razılaşmalar əldə olunub. Birincisi, iki ölkə iqtisadi və ticarət əlaqələrini təmzimləməyə çalışacaqlar. İkincisi, iki ölkə “Hörmüz boğazı”nda gəmilərin azad hərəkətinə tərəfdar olduqlarını bəyan ediblər. Üçüncüsü, Pekin İranı silahlandırmayacağını Vaşinqtona vəd edib. Pekinin bu vədini necə yerinə yetirəcəyini zaman göstərəcək. Hər halda Çin nüvə silahı istehsalında İrana kömək etməyəcəyinə boyun olub. Razılaşdırılmayan məqam isə ABŞ-ın Tayvanla hərbi əməkdaşlıqdan imtina etməməsidir. Vaşinqton Çinin xeyrinə Tayvanla hərtərəfli, o cümlədən hərbi əməkdaşlıqdan imtina etməyəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!