ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yaydı

Sosial

20 Noyabr 2021 15:22 768


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, vəziyyəti stabil olaraq qiymətləndirilir. Toyuqlu pizza

Qeyd edək ki, 19 noyabr 2021-ci il tarixində V.Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

Hadisədən dərhal sonra o, helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

V.Babayev 2014- cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!