4 İyul - 04:36
“And olsun Allaha, onların maaşa ehtiyacı yoxdur”  - Kamil Musəvi

“And olsun Allaha, onların maaşa ehtiyacı yoxdur” - Kamil Musəvi

Sosial

23 İyun 2022 11:56 616


“Düşünürəm ki, şəhid ailələri və qazilərin də məvacibləri artılırılmalıdır".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Qarabağ qazisi Kamil Musəvi deyib.

O, müharibə veteranlarına 80, şəhid ailələrinə isə 500 manat verildiyini xatırladıb. Deyib ki, özəl bağçalar şəhid uşaqlarından pul tələb edir: "Özəl bağçalarda 1 uşağın minimum ödənişi 200-250 maantdır. Şəhidin də iki övladı olsa, 500 manat bağçaya gedəcək. Bəs bu uşaq nə yesin, nə içsin, nə təhər gəzsin, necə istirahət etsin? Problem budur. Bu barədə düşünmək lazımdır”.

K. Musəvi dövlət qurumlarında çalışanların maaşlarının artırılmasına da münasibət bildirib:

“And olsun Allaha, onların maaşa ehtiyacı yoxdur. Biznesləri də var, qazancları da. Onlardan kəsib şəhid ailələrinə, Qarabağ əlillərinə vermək lazımdır. Çünki şəhid ailəsi, Qarabağ əlili millətin həssas nöqtəsidir. Əmin olun ki, şəhid ailələrinin, Qarabağ əlillərinin pulu qaldırılsa, bir nəfər çıxıb deməz ki, bu müavinətləri niyə qaldırırsınız”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!