Ankarada Bakı üçün aksiya: Fransaya etiraz

saytların hazırlanması

Evə çatdırılma

Ankarada Bakı üçün aksiya: Fransaya etiraz

Dünya

28 Oktyabr 2022 00:20 921


Türkiyə-Azərbaycan Dayanışma və İşbirliyi Vəqfi Fransanın Azərbaycanla bağlı ikili standartlarına etiraz olaraq Ankarada etiraz aksiyası keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Vəqfin sədri Aygün Attarın imzası ilə müraciət yayılıb.

“30 il Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına səssiz qalan, Xocalı başda olmaqla, ermənilərin törətdiyi cinayətlərə qarşı səs çıxarmamaqla terrora dəstək verən, PKK terror təşkilatını qoruyan bütün dövlətlərə qarşı bir ürək, bir yumruq kimi birləşən QHT-lərin, yəni vətəndaş təşəbbüsünün gücünü göstərək. pizza hut

Fransa Senatının Can Azərbaycana qarşı sanksiya qərarı öncəsi susmayaq, qardaşımızın taleyi ilə oynamaq istəyənləri demokratik yola qoyaq, əziz həmvətənlərimiz! “Biz səninləyik, Azərbaycan” deyən ürəkləri gözləyirik”, - müraciətdə bildirilib.

Aksiyanın 7 noyabr 2022-ci il saat 12:00-da Fransanın Ankaradakı səfirliyi önündə keciriləcəyi vurğulanıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!