“Manpası” radio şousunun aparıcısı Rəvan Bağırovun adından dələduzluq edilir.
Yenisabah.az xəbər verir ki, bu barədə özü məlumat yayıb. Əvvəlcə fotosundan istifadə edilərək instaqram profilləri açıldığını deyən aparıcı, daha sonra bu hala “Telegram”da da rast gəldiyini bildirib.
“İndi də keçdilər “Telegram”a. Kimsə şəkilimdən profilində istifadə edib, kriptovalyuta al-veri aparır. Xəbərdar edirəm ki, bu profilin mənə aiddiyyəti yoxdur. Bunu edənlərdən özünüzü qoruyun”, - deyə Rəvan şəxsi hesabında yazıb. pizza hut
Telegram kanalımız