“Apple”in rəhbəri milyarder oldu
12 Avq 2020 17:24
315

“Apple”in rəhbəri milyarder oldu

“Apple” şirkətinin səhmlərinin dəyərinin artması nəticəsində onun rəhbəri Tim Kukun sərvəti 1 milyard dolları keçib.

Yenisabah.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik korporasiya rəhbərinin əldə etdiyi məbləğin tam qədərini göstərməsə də, ötən həftə ərzində Nyu-York birjasında “Apple” səhmlərinin qiymətinin təxminən 5% artdığını qeyd edib. Hazırda şirkətin kapitallaşması 1,9 trln. dolları keçib. 

Modern.az  yazır ki, Tim Kukun sərvəti isə məlum mənbələrdən götürülmüş məlumatlar əsasında hesablanıb. Bununla yanaşı, ekspertlər şirkət rəhbərinin anonim olaraq böyük məbləğdə yardımlar etdiyinin nəzərə alaraq, məbləğin 1 milyard dolları keçmədiyini də istisna etmirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər