“Apple”ın sahibi yüksək maaşdan imtina edir

saytların hazırlanması

Evə çatdırılma

“Apple”ın sahibi yüksək maaşdan imtina edir

Dünya

13 Yanvar 2023 16:24 718


“Apple”ın baş icraçı direktoru (CEO) Tim Kuk şirkətdəki illik maaşının təxminən 40% azalacağını açıqlayıb.

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, Tim Kukun illik “hədəf gəliri” 49 milyon dollara qədər azalacaq.

İllik maaşı 3 milyon dollar və bonusları 6 milyon dollara qədər olan Kukun şirkət paylarından əldə etdiyi gəlir də kiçiləcək. Buna uyğun olaraq, 2022-ci ildə “hədəf gəliri” 84 milyon dollar olan Kuk üçün bu il 40% endirimlə bu rəqəm təxminən 49 milyon dollara düşüb. Dominos pizza

Xatırladaq ki, keçən il tədarük zəncirindəki problemlər və qlobal iqtisadi daralma səbəbindən “Apple”ın səhmlərinin dəyəri təxminən 20% azalıb.

T. Kuk şirkət səhmdarlarının tənqidindən sonra payını kiçiltmə qərarına gəlib.

“Forbes” jurnalının məlumatına görə, 62 yaşlı Kukun şəxsi aktivləri 1,7 milyard dollar təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!