AQTA: 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi yoxdur

saytların hazırlanması

Evə çatdırılma

AQTA: 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi yoxdur

Sosial

11 Avqust 2026 13:33 95


Azərbaycanda aktiv fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da vəziyyət tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir. 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib. Pepperoni pizza

Sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Möhlət dövründə müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan sahibkarların, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaq.

Qurumdan bildirilib ki, 33 rayon və şəhərdə heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Bu, qanunsuz kəsim riskini artırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!