Maaş alan kimi bu səhvləri etməyin –   İqtisadçıdan büdcəni qorumağın yolları

saytların hazırlanması

Evə çatdırılma

Maaş alan kimi bu səhvləri etməyin – İqtisadçıdan büdcəni qorumağın yolları

İqtisadiyyat

25 Oktyabr 2026 09:59 175


Gəlir səviyyəsindən asılı olmayaraq, maliyyə sabitliyini qorumağın və mövcud qiymət şəraitində büdcəni düzgün idarə etməyin əsas yolu planlı xərcləmə vərdişidir.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, xərclərə nəzarət etmək ay ərzində gözlənilməz kəsirlərin qarşısını almağa və mövcud vəsaitdən maksimum səmərəli istifadə etməyə imkan verir:

“Xüsusilə müəyyən olunmuş əməkhaqqı aralığında olan şəxslər üçün alış-veriş zamanı endirim və kampaniyalardan faydalanmaq mühüm rol oynayır. Aylıq gəlir daxil olduqdan sonra ilk növbədə kommunal və digər zəruri ödənişlər edilməli, yerdə qalan məbləğ isə prioritetlər üzrə bölüşdürülməlidir. Bu baxımdan, ayın əvvəlində gözlənilən xərclərin siyahısını tərtib etmək ən effektiv addımlardan biridir”. pizza mizza

Ekspertin fikrincə, hətta kiçikməbləğli qənaətlər də uzunmüddətli dövrdə ciddi bir yığım fondu yarada bilir:

“Statistikaya baxdıqda bəzi aylarda xərclərin normadan artıq olduğu ortaya çıxırsa, bu, büdcədəki “sızıntıları” aşkar etmək üçün yaxşı imkandır. Əsas məsələ daha çox vəsait aparan lazımsız xərc maddələrini müəyyənləşdirib onları müəyyən norma çərçivəsinə salmaqdır”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!