“Ermənistan xalq olaraq heç bir kapitulyasiya sənədi imzalamayıb”. Bunu erməni revanşist hərbi ekspert Vladimir Poqosyan bildirib. Onun sozlərinə görə, kapitulyasiya Ermənistanın siyasi rəhbərliyinin düşüncəsində və mənəvi-psixoloji səviyyədə baş verib.
“Belə ki, siyasi rəhbərlik İlham Əliyevin bütün istək və tələblərini yerinə yetirməyə başlayıb: konstitusiyanın dəyişdirilməsi, daha sonra Türkiyənin Ağrı dağının adı və (saxta - red.) soyqırımından imtina edilməsini, kilsənin təqib olunmasını tələb etməsi. Bu, siyasətçilərin düşüncəsində baş vermiş mənəvi kapitulyasiyadır, erməni xalqının və Ermənistan dövlətinin deyil. Onların bununla heç bir əlaqəsi yoxdur”, - Poqosyan faktiki Azərbaycana qarşı yeni müharibəyə çağırış edib.
Sərsənləmənin davamında isə o deyib: “Erməni xalqı — mən, siz, biz, ordumuz və tariximizik. Erməni xalqı, Ermənistan dövləti və erməni sivilizasiyasıdır. Siyasətdə, hakimiyyətdə olan şəxslər isə gəldi-gedər adamlardır. Bu gün varlar, sabah yoxdurlar. Elə müxalifət də, Robert də, Serjik də və sair də”. pizza sifarişi
Təəssüf ki, erməni cəmiyyətində bu düşüncədə olan revanşistlər az deyil...
"Yeni Sabah" xəbər verir ki, siyasi ekspert Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, revanşist siyasi meyillərin mövcudluğu ilə Ermənistan cəmiyyətinin bütövlükdə yeni müharibə istəməsi eyni şey deyil.
Onun sözlərinə görə, Ermənistanda sülhə ehtiyac hissi ilə Azərbaycana qarşı dərin etimadsızlıq paralel mövcuddur: “Ermənistan əhalisinin bir hissəsində 2020 və 2023-cü illərin nəticələri ilə barışmamaq, itkilər və məcburi köçkünlərin taleyi ilə bağlı narazılıq qalır. Bununla yanaşı, uzunmüddətli sabitlik və normal həyat arzusu da mövcuddur. Ermənistanda Qarabağ itkisini qəbul etməyən siyasi ritorikanın və sərt mövqeli qüvvələrin mövcudluğu realdır. Bu, sülh danışıqlarını çətinləşdirə və qarşılıqlı etimadı zəiflədə bilər. Ancaq siyasi narazılıq avtomatik olaraq hərbi əməliyyat demək deyil”.
Siyasi şərhçi hesab edir ki, revanşist təbliğat aparan siyasi qüvvələrin əsas məqsədi, bir qayda olaraq, cəmiyyətdə məğlubiyyət və itki hissini siyasi dəstəyə, həmin dəstəyi isə hakimiyyətə və ya dövlət siyasətinə təsir imkanına çevirməkdir: “Amma bütün sərt mövqeli qüvvələrin eyni məqsəd güddüyünü düşünmək olmaz. Bəziləri həqiqətən əvvəlki vəziyyəti dəyişmək istəyir, digərləri isə bu mövzudan daxili siyasi mübarizədə istifadə edə bilər. Əsas risk yalnız bu gün müharibə çağırışlarının olub-olmaması deyil. Təbliğat uzun müddət davam etdikdə, gələcək siyasi qərarların qəbul edildiyi mühiti dəyişə bilər. Revanşist təbliğatın ən mühüm siyasi funksiyası keçmiş münaqişənin yaratdığı narazılığı gələcək siyasi təsirə çevirməkdir. Azərbaycan üçün əsas sual bu təbliğatın nə qədər səs toplaması deyil, onun Ermənistanın rəsmi siyasətinə, sülh sazişinə münasibətinə və konkret dövlət qərarlarına nə dərəcədə təsir etməsidir”.
Ekspert erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrindən zəif olduğunu, müharibə olacağı halda, daha ağır və rəzil məğlubiyyətlə üzləşəcəyinə əminliyini vurğulayıb.
Telegram kanalımız