Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi bu imiş...

saytların hazırlanması

Evə çatdırılma

Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi bu imiş...

Kriminal

25 Oktyabr 2026 20:41 411


Xətai Rayon Məhkəməsinin hakimlərinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə ilə bağlı işə baxmaqdan imtina etmələrinin səbəbi məlum olub.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakıda kafedə baş verən kütləvi dava ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin altı maddəsi üzrə ittiham irəli sürülüb.

KriminalDeputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - Video Marqarita pizza

O, Cinayət Məcəlləsinin 218.1 və 218.2-ci maddələri, eləcə də 234.4.1 və 234.4.3-cü maddələri və həmin maddələrlə əlaqəli cinayətə cəhdlə bağlı müddəalar üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlumata görə, hakimlərin etirazına səbəb Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də Xətai Rayon Məhkəməsində hakim işləməsidir.

Bununla əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya Məhkəməsinin qərarı ilə Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!