ABŞ birtərəfli tələblərindən əl çəkmir - Bəqai

saytların hazırlanması

Evə çatdırılma

ABŞ birtərəfli tələblərindən əl çəkmir - Bəqai

Dünya

25 Oktyabr 2026 20:59 85


ABŞ hökuməti İranla danışıqlarda birtərəfli tələblərindən əl çəkmir.

"Yeni Sabah" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai Almaniyanın ARD telekanalına açıqlayıb.

"Biz danışıqlar masasını heç vaxt tərk etməmişik. Eyni zamanda, torpaqlarımızı müdafiə etməyə tam hazır olmuşuq. Mesajlar vasitəçilər vasitəsilə ötürülməkdədir. Amma problem ondadır ki, görünür, Amerika öz birtərəfli tələblərində israr və təkid edir", - Bəqai bildirib. Marqarita pizza

Onun sözlərinə görə, ABŞ və İsrail İrana qarşı öz təcavüzkar davranışlarını davam etdirmək üçün hələ də bütün regiondan sui-istifadə edir.

İran XİN sözçüsü vurğulayıb ki, Tehran ərazi bütövlüyü, milli təhlükəsizlik və xalqı qorumaq üçün lazımi tədbirlər görür.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma bağlamaq və İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirmək arasında seçim etməli olduğunu bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!